Ötən il "PAŞA Bank"ın xalis mənfəətini azalmasının səbəbi müəyyən ehtiyatlanmalarda artımın olması idi.
"PAŞA Bank" son xalis mənfəətdən 35-40% dividend ödəyir - Cavid Quliyev
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə “PAŞA Bank”ın səhmlərinin abunə yazılışının başlanmasına həsr olunmuş mətbuat konfransında bankın idarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov məlumat verib.
Onun sözlərinə görə, övbəti rübün hesabatında həmin həmin ehtiyatlanmada olan müştərilərin əksəriyyətinin geri qayıtması görünəcək:
"Buna görə də xalis mənfəətin azalması müvəqqəti ehtiyatlanmalarla bağlı olan məqamlardır".
"Cari ildə mənfəətdə azalmanın və ya artım olmasını indidən demək olmaz. Bu, artıq bazar konyunkturasına uyğun olaraq baş verir. Bank azad iqtisadiyyatda fəaliyyət göstərir, bizim oturuşmuş strukturlar var. Burada risklərin idarə olunması strukturu, korporativ idarəetmə və s. strukturlar var. Bunlar hamısı səhmdarların marağını gözləyən strukturlardır. Buna görə də, xalis mənfəətdə də azalma da, artım da ola bilər. Bank da ölkə kimi bir canlı orqanizmdir, dalğalanmalar, düşüşlər və artımlar ola bilər. Lakin dediyim kimi oturuşmuş korporativ idarəetmə standartları var ki, bunu şaxələndirir və daimi inkişafı göz önünə alır", - deyə o, əlavə edib.














