PAŞA Bank tərəfindən son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub.
«Paşa Bank» ABB-nin yolunu seçdi: «Yeni səhmdarlara 2025-in mənfəətindən də dividend ödəyəcəyik»
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri “PAŞA Bank” ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında Bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev deyib.
Onun sözlərinə görə, hazırda əhali və pərakəndə investorlar üçün əsas maliyyə alətləri depozitlər və istiqrazlardır:
"Biz isə bazara özəl bank kimi ilk dəfə səhm emissiyası ilə çıxırıq. Dividend siyasətimizi və ölkədəki sabit iqtisadi mühiti nəzərə alaraq düşünürük ki, səhmdarlar üçün cəlbedici və davamlı gəlir imkanı formalaşacaq".












