Xəbər verildiyi kimi, Azərbaycanın aparıcı banklarından olan «PAŞA Bank»ın səhmlərinin 5%-i İlkin Kütləvi Təklif – İPO üsulu ilə əhaliyə satılacaq. Bu təxminən 933 min ədəd səhm deməkdr.
Təcili: «PAŞA Bank»ın səhmlərinin 5%-i əhaliyə satılacaq – RƏSMİ AÇIQLAMA
FED.az biznes və maliyyə portalının məlumatına görə, Bankın sədri Cavid Quliyev bildirib ki, bankın səhmlərini alan şəxslər onun 2025-ci il üzrə mənfəətindən dividend ala biləcəklər.
O bildirib ki, səhmlərin satışı may ayınadək davam edəcək: «Planlaşdırırıq ki, bu ilin may ayının ortalarına qədər PAŞA Bankın Səhmlərin İlkin Kütləvi Təklif üsulu ilə yerləşdirilməsi və abunə yazılışı başa çatsın».
Bank sədri bildirib ki, bankın 2025-ci ildəki mənfəətindən yeni səhmdarlar da dividend alacaqlar: «Bu o deməkdir ki, bankın ötən il ərzində qazandığı gəlirlərdən dividend ödənişləri yeni səhmdarlar da faydalanacaq. Sadəcə vaxt cəhətdən bunu biz bazara bildirəcəyik. Əsas məsələ odur ki, yeni səhmdarlar 2025-ci ilin dividend ödənişlərindən faydalanacaqlar»", - deyə o, bildirib.
Qeyd edək ki, bu üsulu – yeni səhmdarların əvvəlki ilin mənfəətindən də dividend alması imkanını Azərbaycanın bank sektorunda ilk dəfə Azərbaycan Beynəlxalq Bankı – ABB tətbiq edib. 2025-ci ildəki səhm buraxılışı zamanı bankın səhmini alan yeni səhmdarlar ABB-nin 2024-cü il üzrə mənfəətindən də dividend alıblar.
Xatırladaq ki, 2025-ci ildə «Paşa Bank»ın xalis mənfəəti azalıb. Bank ötən il 148 milyon manat xalis mənfəət əldə edi b ki, bu da 2024-cü illə müqayisədə 62 milyon manat və ya 30% azdır. Belə ki, bank 2024-cü ildə 210 milyon mənfəət əldə etmişdi. 2023-cü ildə isə bankın xalis mənfəəti 199,2 milyon manat olmuşdu.












