"PAŞA Bank" Gürcüstan törəməsinin zərərlə işləməsinə aydınlıq gətirib.
Eləcə də bax: «PAŞA Bank»ın mənfəəti 10%-dən çox azalıb – SƏDR AÇIQLADI
FED.az xəbər verir ki, bankın keçirdiyi mətbuat konfrasında "PAŞA Bank"ın İdarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Bəhruz Nağıyev bildirib ki, bu daha çox Bankın yeni strategiyası ilə bağlıdır. Belə ki, "PAŞA Bank Georgia" korporativ bankçılıqla yanaşı, pərakəndə bankçılığın inkişafına, bu sahədə şəbəkəsinin genişləndirilməsinə fokuslanıb.
Bəhruz Nağıyev əlavə edib ki, bununla yanaşı, 2020-ci illə müqayisədə ötən il bankın xalis zərəri bir neçə dəfə azalıb.
Qeyd edək ki, "PAŞA Bank Georgia" 2021-ci ildə 2,214 min manat xalis zərər açıqlayıb. (Apa)