Azərbaycanın yeganə regional bankı "Naxçıvan Bank" ASC-nin kredit portfeli "Kapital Bank" ASC-yə ötürülüb.
“Naxçıvan Bank”ın vəziyyəti - MƏLUM OLDU - HESABAT
FED.az xəbər verir ki, bununla bağlı məlumatı Azərbaycan Mərkəzi Bankından (AMB) təsdiqləyiblər.
Bununla belə, tənzimləyici qurum bəyan edib ki, portfelin satılması "Naxçıvan Bank"ın lisenziyasının ləğv ediləcəyi demək deyil: "Bu, bankın biznes strategiyasına daxil olan məsələlərdəndir. "Naxçıvan Bank"ın maliyyə dayanıqlığı göstəriciləri AMB-nin müəyyən etdiyi requlyativ tələblər çərçivəsindədir, Bankın lisenziyasının geri çağırılması gündəmdə deyil".
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur. (Report)