“Naxçıvan Bank” ASC cari ilin üçüncü rübü üzrə maliyyə hesabatı göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 18,4 milyon 470 min manat, faiz xərcləri 1 milyon 629 min manat olub.
Faiz gəlirləri illik müqayisədə 3 milyon 575 min manat (24%), xərcləri isə təxminən 853 min manat (2,1 dəfə) artıb.
Beləliklə xalis faiz gəlirləri 16,8 milyon manat təşkil edib. Bu da illik müqayisədə 2,7 milyon manatdan çox (19,3%) artım deməkdir.
Bankın qeyri faiz gəlirləri 3,2 milyon manat, xərcləri isə 7,7 milyon manat təşkil edib. Gəlirləri 1,2 milyon manat ( 26,7%) azalıb, xərclər isə 2,1 milyon manat (37,7%) artıb
Bununla da “Naxçıvan Bank” cari ilin üçüncü rübünü 12 miyon 328 min manat əməliyyat mənfəəti, 11 milyon 360 min manat xalis mənfəətlə başa vurub.
Əməliyat mənfəəti 586,6 min manat (4,5%), xalis mənfəət isə 1 milyon 82 min manata yaxın (8,7%) azalıb,
“NaxçıvanBank”ın aktivləri cari ilin 3-cü rübü üçün 302 milyon 402 min manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 43 milyon 981 manat, yaxud 12,7% azdır.
Bankın kredit portfeli isə 28 milyon 878 min manat, yaxud 16,6% artaraq 202 milyon 501 min manata yüksəlib
"Naxçıvan Bank"ın öhdəlikləri 191 milyon 947 min manat təşkil edib ki, bu göstərici də 2022-ci ilin son rübü ilə müqayisədə 42 milyon 328 min manat, yaxud 18,1% azalma deməkdir.
“Naxçıvan Bank” üçüncü rübdə 110 milyon 535 min manat kapitala malik olub. Kapitalın həcmində 1 milyon 652 min manat, yaxud 1,5%-lik azalma qeydə alınıb.
Bölüşdürülməmiş zərərin həcmi isə 11 milyon 359 min təşkil edib ki, bu da son 9 ayda 1 milyon 695 min manat, yəni 13% azalma deməkdir.