"Naxçıvan Bank" ASC-nin "Bakı" şöbəsi fəaliyyətini dayandırıb.
Eləcə də bax: “Naxçıvan Bank”ın aktivləri azalıb - MƏNFƏƏTİ ARTIB
FED.az xəbər verir ki, bu barədə bankdan bildirilib. Məlumata görə, noyabrın 1-dən etibarən bank şöbəsinin fəaliyyəti müvəqqəti olaraq qeyri-müəyyən müddətədək dayandırılıb. Qeyd edilib ki, "Bakı" şöbəsinin bağlanması bank rəhbərliyinin qərarı ilə bağlı olub.
Bununla belə əlavə edilib ki, "Naxçıvanbank"ın "Bakı" filialı fəaliyyətini davam etdirir və həmin bank şöbəsinin müştəriləri xidmətlər üçün filiala müraciət edə bilərlər. (Apa)