“Naxçıvan Bank” 2022-ci ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.
Eləcə də bax: “Naxçıvanbank”ın 2021-ci il üzrə maliyyə göstəriciləri - AÇIQLANDI
FED.az bankın hesabatına istinadən xəbər verir ki, “Naxçıvan Bank”ın faiz gəlirləri 45,7% artaraq 4,412 milyon manata, faiz xərcləri isə 21,2% artaraq 251 min manata yüksəlib. Bankın faiz gəlirlərinin kəskin artması və faiz xərclərinin aşağı olması xalis faiz gəlirlərini xeyli artıb. Belə ki, bu ilin birinci rübündə bank 4,147 milyon manat xalis faiz gəliri əldə edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 47% çoxdur.
Hesabat dövründə, bankın qeyri-faiz gəlirləri 1,273 milyon manat, qeyri-faiz xərcləri 1,232 milyon manata bərabər olub. Bu ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 17,3% və 44,88% çoxdur.
Ümumilikdə, bankın əməliyyat gəlirləri 5,685 milyon manat, əməliyyat xərcləri isə 1,483 milyon manat təşkil edib.
Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 127 min manat ayırıb. Sonda “Naxçıvan Bank”ın xalis mənfəəti 3,508 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 1,5 dəfə çoxdur. Qeyd edək ki, 2021-ci ilin eyni dövründə bank 2,239 milyon manat xalis mənfəət əldə etmişdi.
İlin əvvəlinə nisbətən bankın aktivləri 6,7% azalaraq 320,390 milyon manata, öhdəliklərinin ümumi həcmi isə 10,8% azalaraq 219,176 milyon manata çatıb. Bankın cəmi kapitalı 101,214 milyon manata bərabər olub. Bu isə 3,4% çoxdur. (Apa)