“Muğanbank” ASC təcrübəli bank əməkdaşını öz sıralarına cəlb etdi.
Bankdan FED.az-a verilən məlumata görə, Murad Mehdiyev bankın Satışa Dəstək Departamentinin direktoru vəzifəsinə təyin olunub.
Eləcə də bax: "Muğanbank"da - YENİ TƏYİNAT
Ümumilikdə bank sahəsində 18 ildən artıq təcrübəyə malik olan Murad Mehdiyev, uzun illər “AGBank” ASC-də müxtəlif vəzifələrdə çalışmış, mütəxəssis vəzifəsindən departament direktoru müavini vəzifəsinədək yüksəlmişdir. Daha sonra AGBank ASC- də uzun müddət filial müdiri vəzifəsini icra etmişdir. 2020-ci ildən etibarən “Rabitəbank” ASC-də İdarə Heyəti Sədr müavininin satış üzrə müşaviri, daha sonra isə həmin bankın “Kaspian” filialının müdiri vəzifəsində çalışmışdır.
"Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə mümkündür.