Kərimov Mürşüd İldırım oğlu “Muğanbank” ASC-nin İdarə Heyəti Sədrinin müşaviri vəzifəsinə təyin edilib.
Eləcə də bax: “Rabitəbank”dan "Muğanbank"a transfer - YENİ TƏYİNAT
Bankdan FED.az-a verilən məlumata görə, Mürşüd Kərimov bu vəzifəyə qədər “Rabitəbank” ASC-də filial müdiri vəzifəsini icra edib. O, əvvəlki illərdə isə Texnika bankda müxtəlif vəzifələrdə çalışıb.
Mürşüd Kərimov birinci ali təhsilini İqtisadiyyat ixtisası üzrə Gəncə Kənd Təsərrüfatı institutunda alıb. Daha sonra isə ikinci ali təhsil olaraq Bakı Dövlət Universitetində Hüquqşünas ixtisası üzrə bakalavr, ardıcıl olaraq magistr dərəcəsinə yiyələnib.