Muğanbank Mugan Junior kartının şagirdlər arasında tanınması məqsədilə Evrika liseyində təqdimat keçirmişdir. Mugan Junior kartının təqdimatı Evrika liseyinin 3 fərqli bölməsində, azərbaycan, rus və ingilis dillərində təhsil alan şagirləri üçün həyata keçirilmişdir.
Eləcə də bax: "Muğanbank"ın xalis mənfəəti - 2 DƏFƏYƏ YAXIN ARTIB
FED.az xəbər verir ki, təqdimat zamanı bank əməkdaşları tərəfindən şagirdlərə bankların fəaliyyəti və məhsulları barəsində məlumatlar verilmişdir. Uşaqlara nağdsız ödənişlərin üstünlükləri, həmçinin maliyyə xərclərinin düzgün idarə olunması barəsində maarifləndirici məlumatlar verilmişdir.
Xatırladaq ki, Mugan Junior kartı 10-16 yaşlı uşaqlar üçün xüsusi olaraq fərdiləşdirilmiş 2 fərqli dizaynda, eləcə də AZN, USD və ya EUR valyutalarında pulsuz təklif olunur.
"Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə mümkündür.