“Muğanbank” ASC 2022-ci ilin ilk rübünü (yanvar-mart dövrünü) 3 milyon 16 min manat xalis mənfəət ilə başa vurub. Qeyd etmək istərdik ki, Bankın bu göstəricisı keçən ilin müvafiq dövrunə nisbətən 89,3 % (təminən 1,9 dəfə) çoxdur. Xalis mənfəətin artması bankın gəlirlərin artmasından qaynaqlanır.
Eləcə də bax: "Muğanbank" BMT-nin Qlobal Sazişi təşəbbüsünə - QOŞULDU
GƏLİRLƏRİ ARTIB
2021-ci ilin ilk rübündə Muğanbankın faiz gəlirləri 6 milyon 305 min manat ikən, 2022-ci ilin ilk rübündə 9 milyon 19 min manat təşkil edib (2 milyon 714 min manat və ya 43 % artıb). Bankın qeyri-faiz gəlirləri isə 9 milyon 295 min manatdan 11 milyon 52 min manata yüksəlib (1 milyon 757 min manat və ya 19% artıb ).
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2022-ci ilin yanvar-mart dövründə Muğanbankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 20 milyon 71 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 15 milyon 221 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 8 milyon 850 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 1 milyon 834 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırıb. Beləliklə, Muğanbank 1-ci rübü 3 milyon 16 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-mart dövründə Muğanbankın cəmi əməliyyat gəlirləri 15 milyon 600 min manat, cəmi əməliyyat xərcləri 13 milyon 907 min manat, əməliyyat mənfəəti 1 milyon 693 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 99 min manat ehtiyatlara ayrıdığından həmin dövrü 1 milyon 593 min manat xalis mənfəət ilə bağlamışdı.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR
31 Mart 2022-ci il tarixində Muğanbankın cəmi aktivləri 662 milyon 636 min manata təşkil edib. Bank ötən ilin sonunda 708 milyon 452 min manat cəmi aktivlərə malik idi. Aktivlərin həcmində dəyişiklik Muğanbankın digər banklardakı depozitlərinin vaxtının başa çatması ilə əlaqədardır.
2021-ci ilin sonu ilə müqayisədə Muğanbank tərəfindən müştərilərə verilmiş kreditlər 19 milyon 544 min manata artaraq 420 milyon 605 min manata çatıb.
ƏHALİNİN ƏMANƏTLƏRİ 280 MİLYON MANATA YAXINDIR
31 Mart 2022-ci il tarixində Muğanbankın cəmi depozit portfeli 325 milyon 457 min manat təşkil edib ki, bunun da 279 milyon 361 min manatını fiziki şəxslərin depozitləri olub. Ötən ilin sonunda Muğanbankın cəmi depozit portfeli 396 milyon 852 min manat təşkil etmişdi. Bankın cəmi depozit portfelində dəyişiklik hesabat tarixinə hüquqi şəxslərin carı hesablarda olan qalıqlarla bağlıdır. Qeyd etmək istərdik ki, bank sağlam korporativ müştəri bazasına mövcuddur.
MƏCMU KAPİTALI ARTIB, MƏBLƏĞİ 100 MİLYON MANATDAN ÇOXDUR
31 Mart 2022-ci il tarixində Muğanbank 105 milyon 184 min manat məcmu kapitala malik olub və buda ötən ilin sonunda olan göstəricilərə nisbətən 3 milyon 318 min manat artım ilə müşaidə olunur.