Daha əvvəl "Yapı Kredi"dəki paylarının satışı ilə bağlı danışıqlar aparıldığını bildirən "Koç Holding", yeni açıqlamasında əməliyyatın detalları ilə bağlı mətbuatda dərc olunan məlumatların doğru olmadığını bildirib.
"Koç Holding" "Yapı ve Kredi Bankası" - SƏHMLƏRİNİ SATACAQ
FED.az xəbər verir ki, Holdinqin İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) yerləşdirdiyi açıqlamasında bildirilib ki, KAP-da əvvəl yerləşdirilən məlumatdan sonra mediada məsələ ilə bağlı müxtəlif xəbərlər, şərhlər və investorların sualları davam edir. Mətbuatda dərc olunan xəbərlərdə əməliyyatın təfərrüatları ilə bağlı verilən məlumatlar həqiqəti əks etdirməir.
Holdinq açıqlamasında, "Mövzu ilə bağlı hər hansı konkret məlumat olması halında, müvafiq qaydalara uyğun olaraq investorlarımız ilə paylaşılacaq. Şirkətimiz tərəfində edilən rəsmi açıqlamalardan başqa məlumatlara etibar etməməyi xatırlatmaq istəyirik", -qeyd edib. (Marja)