"Koç Holding" portfelindəki "Yapı ve Kredi Bankası" səhmlərindən 575 milyon ədədini satacağını açıqlayıb. Bu səhmlər bankın nizamnamə kapitalının 6,81%-nə bərabərdir.
"Koç Holdinq"ə aid şirkətin Azərbaycanda sığorta lisenziyası - LƏĞV EDİLİB
FED.az "Koç Holding"in açıqlamasına istinadən xəbər verir ki, satışdan sonra da qrup bankın əsas səhmdarı olmağa davam edəcək.
Satışdan sonra "Koç Holding"in "Yapı Kredi"dəki birbaşa payı 27,02%-dən 20,22%-ə enəcək.
Həmçinin "Koç Holding" törəmə şirkəti "Koç Financial Services" vasitəsilə "Yapı Kredi"nin 40,95%-nə sahibdir.
Beləliklə, satışdan sonra "Koç Holding"in "Yapı Kredi"dəki payı 61,17% olacaq.
Bankın birjada ticarət olunan hissəsi isə 38,83%-ə yüksələcək.
1944-cü ildə qurulan "Yapı ve Kredi Bankası" 1980-ci ildə "Çukurova Holding"ə keçib. 2001-ci il böhranında "Çukurova" Qrupu çətinliklər yaşadıqdan sonra bank 2006-cı ildə "Koç Holding" və İtalyan "UniCredit" tərəfindən 50 faiz ortaqlıq olaraq qurulan "Koç Financial Services"ə satılıb. Ortaqlıq 2020-ci ildə başa çatıb. İtalyanlar səhmlərinin bir hissəsini satıblar. 2021-ci ildə "Koç Holding" "UniCredit"in səhmlərinin 18 faizini 300 milyon avroya satın alaraq bankın əsas səhmdarı olub. "Unicredit" səhmlərinin qalan 2%-ni də birjada sataraq Türkiyə bazarını tamamilə tərk edib. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.