Cari ilin II rübündə ölkənin ən iri banklarından olan "Kapital Bank"ın faiz gəlirləri 391 milyon 307 min manat manat olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
İllik müqayisədə gəlirlər 55 milyon 516 min manat, yəni, 17% artıb.
Faiz gəlirlərinin 322 milyon 935 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 44 milyon 279 min manat (27%) çoxdur.
Bundan başqa banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 2 milyon 997 min manata, həmin təşkilatlarda depozitlər üzrə faiz gəlirləri 18 milyon 916 min manata, digər faiz gəlirləri 7 milyon 472 min manata bərabər olub.
İllik müqayisə ilə banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 2 miyon 285 min manat (14%), digər faiz gəlirləri 2 milyon 910 min manat (64%) artıb.