2023-cü ilin III rübündə "Kapital Bank"ın xalis faiz gəlirləri 431 milyon 415 min manat təşkil edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın xalis faiz gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 54 milyon 509 min manat (14,5%) artıb.
2022-ci ilin III rübündə Kapital Bankın xalis faiz gəlirləri 376 milyon 906 min manat olub.