2023-cü ilin 3-cü rübünün sonuna ABB-nin kredit portfeli 4 milyard 489 milyon manat təşkil edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ölkənin ən böyük bankının kredit portfeli ötən ilin son rübü ilə müqayisədə 958,4 milyon manat və ya 27,1% artıb.
Kredit portfelinin 2 milyard 87 milyon manatı biznes, 1 milyard 277,5 milyon manatı istehlak, 1 milyard 124 milyon manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb. İstehlak kreditləri 304,9 milyon manat (31,3%), daşınmaz əmlak kreditləri 204,1 milyon manat (22,2%), biznes kreditləri isə 449,4 milyon manat (27,4%) artıb.