Bu ilin 3-rübündə "Kapital Bank"da qeyri-faiz gəlirləri 442 milyonmanata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Gəlirlər ötən ilin eyni rübü ilə müqyaisədə 110,9 milyon manat (33%) artıb.
Məlumata görə qeyri-faiz gəlirlərinin 397,2 milyon manatı alınan haqq və komissiya gəlirlərinin payına düşüb.
Daha 37 milyon 31 min manatı "Kapital Bank" xarici valyutadan gəlirlər hesabına əldə edib.
Haqq və komissiya gəlirləri 100,4 milyon manat (34%), xarici valyutadan gəlirlər 4,9 milyon manat (15%) artıb.