Bu ilin III rübündə ölkənin ən nəhəng banklarından olan "Kapital Bank" 615 milyon 50 min manat faiz gəliri əldə edib. Gəlirlər son bir ildə 102 milyon 665 min manat başqa sözlə 20% artıb.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Onun da böyük hissəsi - 505 milyon 328 min manat müştərilərə verilmiş kreditlər hesabına əldə oluna gəlirlərdir ki, bu da illik müqayisə ilə 115 milyon 255 min manat (30%) çoxdur.
Faiz xərcləri 80 milyon 651 min manat (2 dəfə) artaraq 158 milyon 630 manata yüksəlib.
Bunun da 114 milyon 642 min manatı depozitlər üzrə xərclərdir ki, bu da illik 58 milyon 773 min manat, (2,1 dəfə) artıqdır.
Beləliklə, xalis faiz gəlirləri 456 milyon 420 min manat olub ki, bu da illik müqayisədə 22 milyon 14 min manat və ya 5% çoxdur.