Ötən ilin son rübündə "Kapital Bank"ın depozit portfeli 6 milyard 321 milyon 625 min manat təşkil edib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Son bir ildə bankın depozitləri 223 milyon manat və ya 4% böyüyüb.
Depozit portfelinin 1 milyard 906 milyon 204 min manatını fiziki şəxslərin, 4 milyard 415 milyon 421 min manatını isə hüquqi şəxslərin əmanətləri olub.
Fiziki şəxslərin əmanətləri son bir ildə 263 milyon 752 min manat (16%) artıb.