Ölkənin ən iri banklarından olan "Kapital Bank"ın ümumi kredit portfeli ötən rübdə 4 milyard 271 milyon 823 min manat təşkil edib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Bu da illik müqayisə ilə 1 milyard 114 milyon 54 min manat (35%) çoxdur.
Onun da 2 milyard 353 milyon 575 min manatını istehlak kreditləri, 1 milyard 349 milyon 734 min manatını biznes, 568 milyon 513 min manatını isə ipoteka kreditləri təşkil edib.
Son bir ildə istehlak kreditləri 520 milyon 469 min manat (28%), biznes kreditləri 441 milyon 392 min manat (49%), ipoteka kreditləri isə 152 milyon 192 min manat (37%) arfıb.