Bu ilin II rübünün sonuna olan nəticələrə əsasın Kapital Bankın depozit portfeli 9 milyard 477 milyon 352 min manata çatıb.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 876 milyon 263 min manat və ya 24,7% artım deməkdir.
Depozit portfelinin 3 milyard 76 milyon 326 min manatı fiziki şəxslərin, 6 milyard 401 milyon 27 min manatı isə hüquqi şəxslərin payına düşüb.
İllik müqayisədə fiziki şəxslərin depozitləri 414 milyon 872 min manat (15,6%), hüquqi şəxslərin depozitləri isə 1 milyard 461 milyon 391 min manat (29,6%) artıb.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə bankın ümumi depozit portfeli 7 milyard 601 milyon 89 min manat təşkil edirdi. Bu məbləğin 2 milyard 661 milyon 454 min manatı fiziki, 4 milyard 939 milyon 636 min manatı isə hüquqi şəxslərin depozitləri idi.