"Kapital Bank"ın ötən rübdə faiz gəlirləri 512 milyon 385 min manat, müştərilərə verilmiş kreditlərdən əldə edilən faiz gəlirləri isə 390 milyon 73 min manat təşkil edib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Faiz gəlirləri son bir ildə 67 milyon 41 min manat (15%), kreditlər üzrə faiz gəlirləri isə 31 milyon 117 min manat (9%) artıb.
Bundan başqa banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 5 milyon 930 min manat, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 24 milyon 275 min manat, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 84 milyon 874 min manat, digər faiz gəlirləri 7 milyon 332 min manat, faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatların məbləği isə 2 milyon 992 min manat təşkil edib.
Əvvəlki illə müqayisədə banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 409 min manat (7%), banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 12 milyon 978 min manat (2 dəfə), ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 20 milyon 982 min manat (33%), digər faiz gəlirləri 1 milyon 554 min manat (27%) artıb.