Ölkənin böyük banklarından olan "Kapital Bank" 2023-cü ilin IV rübünün nəticələrini elan edib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
"Kapital Bank" 2023-cü ili 182 milyon 12 min manat xalis mənfəətlə başa vurub. Bank bu dövrdə 53 milyon 351 min manat mənfəət vergisi ödəyib.
Belə ki, "Kapital Bank"ın ötən rübdə faiz gəlirləri 512 milyon 385 min manat, müştərilərə verilmiş kreditlərdən əldə edilən faiz gəlirləri isə 390 milyon 73 min manat təşkil edib.
Faiz gəlirləri son bir ildə 67 milyon 41 min manat (15%), kreditlər üzrə faiz gəlirləri isə 31 milyon 117 min manat (9%) artıb.
Faiz xərcləri isə 16 milyon 574 min manat və ya 27% artaraq 77 milyon 979 min manata çatıb.
Nəticədə bankın xalis faiz gəlirləri 431 milyon 415 min manat olub ki, bu da illik müqayisədə 54 milyon 509 min manat (14%) çoxdur.
"Kapital Bank"ın qeyri-faiz gəlirləri 331 milyon 141 min manat, xərcləri isə 446 milyon 905 min manat olub. Son bir ildə gəlirlər 43 milyon 666 min manat (15%), xərcləri isə 115 milyon 50 min manat (35%) artıb.
Hesabat dövründə əmək haqqı xərcləri 156 milyon 122 min manat, ümumi və inzibati xərclər 36 milyon 169 min manat amortizasiya xərcləri 59 milyon 54 min manat , digər xərcləri isə 195 milyon 559 min manat təşkil edib.İllik müqayisədə əmək haqqı xərcləri 18 milyon 287 min manat (13%), ümumi və inzibati xərclər 2 dəfədən çox, amortizasiya xərcləri 26 milyon 77 min manat (79%), digər xərclər isə 50 milyon 51 min manat (34%) artıb.
"Kapital Bank" bu dövrdə 315 milyon 351 min manat əməliyyat mənfəəti əldə edib.
"Kapital Bank"ın aktivləri ötən ilin son rübündə 8 milyard 659 milyon 618 min manat təşkil edib. Akitvlər son bir ildə 837 milyon 446 min manat və ya 11% artıb.
Bankın ümumi kredit portfeli 4 milyard 271 milyon 823 min manat təşkil edib ki, bu da illik müqayisə ilə 1 milyard 114 milyon 54 min manat (35%) çoxdur.
Onun da 2 milyard 353 milyon 575 min manatını istehlak kreditləri, 1 milyard 349 milyon 734 min manatını biznes, 568 milyon 513 min manatını isə ipoteka kreditləri təşkil edib. Son bir ildə istehlak kreditləri 520 milyon 469 min manat (28%), biznes kreditləri 441 milyon 392 min manat (49%), ipoteka kreditləri isə 152 milyon 192 min manat (37%) arfıb.
Hesabat dövründə "Kapital Bank"ın öhdəlikləri 752 milyon 811 min manat (11%) artaraq 7 milyard 748 milyon 329 min manata yüksəlib.
Depozit portfeli 223 milyon manat və ya 4% böyüyərək 6 milyard 321 milyon 625 min manata çatıb.
Depozit portfelinin 1 milyard 906 milyon 204 min manatını fiziki şəxslərin, 4 milyard 415 milyon 421 min manatını isə hüquqi şəxslərin əmanətləri olub.
Fiziki şəxslərin əmanətləri son bir ildə 263 milyon 752 min manat (16%) artıb.
Ötən rübdə bankın kapitalı 911 milyon 288 min manat olub ki, bu da son bir illə müqayisədə 84 milyon 634 min manat və ya 10% artım deməkdir.
Bölüşdürülməmiş mənfəətin həcmi də 71 milyon 108 min manat (14%) artaraq 588 milyon 925 min manat olub.