«Kapital Bank» bank sektorunun müxtəlif sahələrində ona rəqib olan bankların adlarını açıqlayıb.
«Kapital Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Kapital Bank» bank sektorunun müxtəlif sahələrində ona rəqib olan bankların adlarını açıqlayıb.
FED.az xəbər verir ki, bankın açıqlamasına görə, texnologiyanın sürətli inkişafı həm dünyada, həm də Azərbaycanda yeni innovativ şirkətlərin yaranmasına və xidmət sahələrində, xüsusən də bank sektorunda rəqabətin artmasına səbəb olur.
Eləcə də son illər Azərbaycanda startap mühitinin formalaşması və inkişafı nəticəsində maliyyə xidmətləri bazarında yeni innovativ həllər həyata keçirəcək həm banklar, həm də qeyri-banklar tərəfindən yeni rəqiblər yaranır.
"Məhsul və xidmətləri qismən və ya daha az rəqəmsallaşdırılan rəqib banklar növbəti dövr üçün strateji baxışlarına bu istiqamətdə inkişafı daxil ediblər. Bank sektorunda kapital tələbinin olması, maliyyə xidmətləri və situasiyaları təklif edən gənc şirkətlərin bazara əsasən mövcud banklarla əməkdaşlıq çərçivəsində daxil olacağı gözlənilir"-deyə bildirilir.
Eyni zamanda xarici bazarlarda uğur qazanan FinTech şirkətlərinin Azərbaycanın bank- maliyyə sektoruna daxil olacağı da gözlənilir.
Emitentin Azərbaycan Respublikası ərazisində rəqabət apardığı asas bankların siyahısına riteyl bankçılıq üzrə "Pasha Bank", "Azərbaycan Beynəlxalq Bankı – ABB Bank", "Bank of Baku", "Express Bank", "Rabitabank", korporativ, kos va mikro bankçılıq üzrə isə "Access Bank", "Respublika Bank", "Yelo Bank", "UniBank” və digər bankları aid etmək olar.