İran Melli Bankı cari ilin üçüncü rübü üzrə maliyyə hesabatı göstəricilərini açqılayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 2 milyon 177 min manat, faiz xərcləri təxminın 29 min manat olub.
Faiz gəlirləri illik müqayisədə 381 min manat (14,9%), xərcləri isə təxminən 140 min manat (5,9 dəfə) azalıb.
Beləliklə xalis faiz gəlirləri 2 milyon 148 min manat təşkil edib. Bu da illik müqayisədə 241 min manatdan çox (10,1%) azalma deməkdir.
Aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmalar 1 milyon 987 min manat olub.
Xarici valyuta əməliyyatları üzrə 130 min manat gəlir əldə edilib.
Bundan başqa haqq və komissiya gəlirləri təxminən 50,4 min manat, xərcləri isə 39,8 min manat olub.
İnzibati xərclərin həcmi isə 1,5 milyon manata yaxın olub. İllik müqayisədə bu növ xərclər 157,4 min mantlıq (11,9%) artım qeydə alınıb.
Bununla da İran bankı cari ilin üçüncü rübünü 2 milyon 794 min manat xalis mənfəətlə başa vurub. İllik müqayisədə xalis mənfəət 2,6 dəfə artıb. Belə ki, keçən ilin müvafiq dövründə İran bankı cəmi 1 milyon 357 min manat mənfəət əldə etmişdi.
İran Milli Bankının aktivləri cari ilin 3-ci rübü üçün 79 milyon 587 min manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 17 milyon manat, yaxud 17,6% azdır.
Aktivlərin böyük bir hissəsini, yəni 38,4 milyon manatını nağd pul vəsaitləri təşkil edir. Bu göstərici də ötən ilin sonu müqayisədə 21 milyon manat, başqa sözlə 35,4% aşağı düşüb.
Ödəniş tarixinədək saxlanılan qiymətli kağızlara investisiyaların həcmi 31 milyon manat olub ki, bu da 7,1 milyon manat, və ya 30% artım deməkdir.
Bankın çörək ağacı olan kredit portfeli də 3,8 milyon manat, yaxud 40,5% azalaraq 5,6 milyon manata düşüb.
İran bankının öhdəlikləri 39,5 milyon manat təşkil edib ki, bu gösətirici də 2022-ci ilin son rübü ilə müqayisədə 19,8 milyon manat, yaxud 33,4% azalma deməkdir.
Maliyyə institutları qarşısında öhdəliklər 21,6 milyon manat olub. Bu da son 9 ayda 1,2 milyon manat, yaxud 35,6% azalma deməkdir.
Subordinasiya borc öhdəlikləri isə cüzi azalaraq 16,2 milyon manat təşkil edib.
Bankın müştəri hesabları isə 6,4 dəfə azalaraq 1,4 milyon manata düşüb.
İran bankının kapitalında bu rübdə də artım baş verib. Belə ki, bankın kapitalının həcmi təxminən 40,1 milyon manat təşkil edib. Bu göstərici keçən ilin son rübü ilə müqayisədə 2,8 milyon manat, yaxud 7,5% artıb.
Nizamnamə kapitalı dəyişməyərək 73,6 milyon manat olaraq qalıb.
Bölüşdürülməmiş zərərin həcmi 33,5 milyon manat təşkil edib. Lakın, zərər göstərcisi 2,8 milyon manat, başqa sözlə 7,7% azalıb.