İran Melli Bankı cari ilin ikinci rübü üzrə maliyyə hesabatı göstəricilərini açqılayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 1 milyon 495 min manat, faiz xərcləri cəmi 19 manat olub.
Xalis faiz gəlirləri 1 milyon 495 min manat təşkil edib.
Aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmalar 1 milyon 348 min manat olub.
Xarici valyuta əməliyyatları üzrə 121 min manat gəlir əldə edilib.
Bundan başqa haqq və komissiya gəlirləri təxminən 47 min manat, xərcləri isə 36,4 min manat olub. İnzibati xərclərin həcmi isə 953 min manat təşkil edib.
Bununla da İran bankı cari ilin ikinci rübünü 2 milyon 83 min manat xalis mənfəətlə la başa vurub. İllik müqayisədə xalis mənfəət 2,6 dəfə artıb. Belə ki, keçən ilin müvafiq dövründə İran bankı cəmi 806 min manata ayxın mənfəət əldə etmişdi.
İran Milli Bankının aktivləri cari ilin 2-ci rübü üçün 77 milyon 59 min manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 19,6 milyon manat, yaxud 20,2% azdır.
Aktivlərin böyük bir hissəsini, yəni 40,3 milyon manatını nağd pul vəsaitləri təşkil edir. Bu göstərici də ötən ilin sonu müqayisədə 19,2 milyon manat, başqa sözlə 32,3% aşağı düşüb.
Ödəniş tarixinədək saxlanılan qiymətli kağızlara investisiyaların həcmi 24,9 milyon manat olub ki, bu da 1 milyon manat, və ya 4,4% artım deməkdir.
Bankın çörək ağacı olan kredit portfeli də 2,3 milyon manat, yaxud 24,6% azalaraq 7 milyon 135 min manata düşüb.
İran bankının öhdəlikləri 37,7 milyon manat təşkil edib ki, bu gösətirici də 2022-ci ilin son rübü ilə müqayisədə 21,6 milyon manat, yaxud 36,5% azalma deməkdir.
Maliyyə institutları qarşısında öhdəliklər 19,1 milyon manat olub. Bu da son 6 ayda 14,3 milyon manat, yaxud 42,8% azalma deməkdir.
Subordinasiya borc öhdəlikləri isə 366 min manat, və ya 2,2% artaraq təxminən 16,7 milyon manatadək yüksəlib.
Bankın müştəri hesabları isə 6 dəfə azalaraq 1,5 milyon manata düşüb.
İran bankının kapitalında isə artım baş verib. Belə ki, bankın kapitalının həcmi təxminən 39,4 milyon manat təşkil edib. Bu göstərici keçən ilin son rübü ilə müqayisədə 2,1 milyon manat, yaxud 5,6% artıb.
Nizamnamə kapitalı dəyişməyərək 73,6 milyon manat olaraq qalıb.
Bölüşdürülməmiş zərərin həcmi 34,2 milyon manat təşkil edib. Lakın, zərər göstərcisi 2,1 milyon manat, başqa sözlə 5,7% azalıb.