19.06.2023-11.07.2023-cü il tarixində "Bank Respublika" ASC tərəfindən ləğv edilən "Günay Bank" ASC-nin qorunan əmanətçilərinə ödənilmiş kompensasiyaların məbləği açıqlanıb.
«Günay Bank»dakı kreditlərin yarıdan çoxu - BANKLA ƏLAQƏLİ ŞƏXSLƏRƏ VERİLİB
FED.az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, qeyd olunan müddətdə 1810 əmanətçiyə 29 milyon 347 min 665 manat kompensasiya ödənilib.
Qeyd edək ki, "Günay Bank" ASC-nin əmanətçilərinə kompensasiya olunacaq məbləğ 35 milyon 120 min manat təşkil edir.