Ötən il "Expressbank" 502 milyon manat kredit portfelinə malik olub.
FED.az bu barədə bankın rüblük hesabına istinadən xəbər verir.
Kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 92,7 milyon manat (23%) böyüyüb.
Onun da 223 milyon manatını istehlak, 165,4 milyon manatını biznes kreditləri, 113,6 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 33,6 milyon manat (18%), biznes kreditləri 52 milyon manat (4%), ipoteka kreditləri 7,2 milyon manat (7%) böyüyüb.