Cari ilin ilk rübündə "Expressbank"da əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 6 milyon 301 min manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bankın əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 1 milyon 150 min manat (22,3%) artım qeydə alınıb.
2024-cü ilin ilk rübündə bu göstərici 5 milyon 151 min manat təşkil edib.