"Expressbank"ASC 2025-ci ilin 1-ci rübünün sonuna olan maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bank 1-ci rübün sonunda 19,6 milyon manat faiz gəliri əldə edib.
Bu əvvəlki ilin I rübü ilə müqayisədə 3,9 milyon manat və ya 25% çoxdur.
Faiz gəlirlərinin böyük hissəsi, yəni 18,7 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub ki, bu da illik 4,3 milyon manata yaxın və ya 29% artıqdır.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə təqribən 2,5 milyon manata bərabər olub.
Faiz xərcləri 2,4 milyon manat (57%) artaraq 6,6 milyon manatı keçib.
Faiz xərcinin də böyük hissəsini - 4,2 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 1,8 milyon manat və ya 76% çoxdur.
Beləliklə bankın xalis faiz gəlirləri 13 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 1,5 milyon manat və ya 13% çoxdur.
Hesabat dövründə "Expressbank"ın qeyri-faiz gəlirləri 4,2 milyon manat, xərcləri isə 12,1 milyon manat olub.
Qeyri-faiz xərcləri 1,2 milyon manat (11%) artıb.
Qeyri faiz gəlirlərinin 3,2 milyon manatı alınan haqq və komissiya gəlirlərinin 747 min manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər, 196 min manatı isə digər gəlirlər olub.
İllik müqayisə ilə digər gəlirlər 19,1 min manat (11%) artıb.
Əmək haqqı xərcləri 17 milyon manatı keçib
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 1,1 milyon manat (22%) artaraq 6,3 milyon manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclər 1,8 milyon manata yaxın olub ki, bu da son bir il ərzində 66 min manat və ya 4% çoxdur.
Amortizasiya xərcləri 455 min manata bərabər olub, digər xərcləri demək olar ki, dəyişməyərək 3 milyon 594 manata təşkil edib..
"Expressbank" 617 min manat mənfəət vergisi ödənişindən sonra 1-ci rübü 2,4 milyon manat xalis mənfəətlə tamamlayıb.
"Expressbank" bu ilin ilk rübündə 607,1 milyon manat aktivlərə malik olub.Bunun da təxminən 500 milyon manatını kredit portfeli təşkil edib.
Kredit portfelinin 213,7 milyon manatı istehlak, 169,1 milyon manatı biznes kreditləri, 116,6 milyon manatı isə daşınmaz əmlak (ipoteka) kreditləri olub.
2023-cü ilin sonu ilə müqayisədə biznes kreditləri 3,8 milyon manat (3,8%), ipoteka kreditləri 3 milyon manat (3%) böyüyüb.
Əhalinin bankdakı əmanətləri artıb
Bankın öhdəlikləri 468 milyon manata bərabər olub. Bundan depozit portfelinin həcmi 259 milyon manat olub ki, onun da 218,7 milyon manatı fiziki, 40,3 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Əhalinin əmanətərində 16,4 milyon (8%), artım baş verib.
Balans kapitalı 0,2 milyon manat və ya 0,1% artaraq 138,9 milyon manata yaxınlaşıb.
Bankın ötən ilin sonu ilə müqayisədə bölüşdürülüməmiş mənfəəti 0,4 milyon manat (2%) artıraraq 20,5 milyon manata çatdırıb.