Ölkənin aparıcı banklarından olan "Azəri Türk Bank" 2025-ci ilin ilk rübü üzrə maliyyə vəziyyəti göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 32,3 milyon manat olub. Faiz gəlirlərinin də böyük hissəsini, yəni 20,3 milyon manatını kreditlərdən əldə edilən faiz gəlirləri olub. Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 2,3 milyon manat təşkil edib. Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 9,4 milyon manata yaxın olub.
Əvvəlki illə müqayisədə ümumi gəlirlər 9,1 milyon manat və ya 39%, kreditlərdən əldə olunan gəlirlər 5,1 milyon manat və ya 34%, ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 1,1 milyon manat (86%), banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 2,9 milyon manat (45%) artıb.
Bankın faiz xərcləri isə 18,2 milyon manat olub ki, bu da son bir ildə 9,8 milyon manat və ya 2,2 dəfə çoxdur. Faiz xərcinin 16,7 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 9,4 milyon manat, başqa sözlə 2,3 dəfə artıqdır.
Beləliklə, "Azər Türk Bank"ın xalis faiz gəlirləri təxminən 14,2 milyon manat təşkil edib.
ATB-nin qeyri faiz gəlirləri 8,5 milyon manat, xərcləri isə 16 milyon manat olub. Gəlirlər 2024-cü ilin I rübünə olan vəziyyət ilə müqayisədə 65 min manat (1%), xərclər isə 2,1 milyon manat (15%,) çoxdur.
Qeyri-faiz gəlirlərinin 209 min manatı haqq və komissiya gəlirlərinin, 3,4 milyon manatı xarici valyutadan gəlirlər, 4,9 milyon manatını digər gəlirlər təşkil edib. Digər gəlirlər 0,6 milyon manat (13%) artıb.
Xərclərin də 7.3 milyon manatı əmək haqqı və digər kompensasiya növləri üzrə xərclərin, 5,9 milyon manatı inzibati xərclərin, 1,35 milyon manatı amortizasiya xərclərinin,1,4 milyon manatı isə digər xərclərin payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə əmək haqqı xərcləri 1,3 milyon manat (22%), ümumi və inzibati xərclər 0,3 milyon manat (5%), amortizasiya xərcləri 0,3 milyon manat (33%), digər xərclər isə 0,2 milyon manat (20%) artıb.
Azəri Türk Bank cari ilin ilk rübünün nəticələrinə görə 3 milyon 828 min manat xalis mənfəətlə başa vurub. Bankın ödədiyi mənfəət vergisinin həcmi 800 min manata bərabər olub.
2025-cü ilin ilk rübündə ATB 1 milyard 956 milyon manat aktivlərə malik olub.
Aktivlərin 316,9 milyon manatını nağd pul vəsaitləri, 205,4 milyon manatını ticarət və qiymətli kağızlara yatırımlar, 806,4 milyon manatını isə kredit portfeli təşkil edib.
ATB-nin cəmi kredit portfeli 2024-cü ilin sonu ilə müqayisədə 6,4 milyon manat və ya 0,8% böyüyüb.
O cümlədən, "Azər Türk Bank"ın istehlak kreditləri portfeli 5,8 milyon manat (2%) artaraq 301,2 milyon manata, biznes kreditləri portfeli 304,7 milyon manata, ipoteka kreditləri portfeli 7,9 milyon manat və ya 4% artaraq 200,5 milyon manata çatıb.
Bankın öhdəlikləri hesabat dövründə 1 milyard 845 milyon manat olub.
ATB-nin depozit portfeli 1 milyard 382 milyon manat təşkil edib ki, onun da 203,8 milyon manatı fiziki şəxslərin, 1 milyard 1 milyard 178 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Balans kapitalı 3,9 milyon manat (4%) artaraq 110,7 milyon manata, bölüşdürülməmiş mənfəəti 25,6 milyon manata çatıb.
Bankın səhmdar kapitalı 29 milyon manat (58%) artaraq 50 milyon manatdan 79 milyon manata yüksəlib.