2023-cü ilin III rübündə "ExpressBank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) artaraq 360 milyon 310 min manata çatıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 63 milyon 226 min manat (21,3%) artıb.
Bunun da 185 milyon 340 min manatı istehlak kreditlərinin payına 109 milyon 893 min manatı biznes kreditlərinin payına 71 milyon 998 min manatı isə ipoteka kreditlərinin payına düşüb.
Ötən ilin sonu ilə müqayisədə istehlak kreditləri 25 milyon 971 min manat (16,3%), biznes kreditləri 14 milyon 48 min manat (14,7%), daşınmaz əmlak kreditləri 30 milyon 128 min manat (72%) artıb.
Müştərilərə ümumilikdə 355 milyon 425 min manat xalis kredit verilib ki, bu göstərici də son doqquz ayda 63 milyon 797 min manat (21,9%) artım deməkdir.
Xatırladaq ki, "ExpressBank" cari ilin 3-cü rübünü 9 milyon 967 min manat mənfəətlə başa vurub. Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.