Azərbaycanda iqlim dəyişiklikləri ilə bağlı çağırışlara cavab vermək üçün həm dövlət, həm də özəl sektor investisiyaların cəlb edilməsinə dəstək verməlidir.
FED.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda bildirib.
O bildiirb ki, dövlət, beynəlxalq maliyyə qurumları və xarici investorlarla əməkdaşlıq gücləndirilməli, banklar "yaşıl kredit" və digər iqlim maliyyə alətləri təqdim etməlidir.
ABA sədri onu da vurğulayıb ki, bu çağırışların öhdəsindən gəlmək üçün həm dövlət sektoru, həm də özəl sektor tərəfindən investisiyaların cəlb edilməsinə dəstək verilməlidir: “Dövlət və beynəlxalq maliyyə qurumları, eləcə də xarici investorlar ilə əməkdaşlıq gücləndirilməli, banklar tərəfindən yaşıl kreditlər və digər iqlim maliyyə alətləri təqdim edilməlidir. Yaşıl maliyyə üçün dövlət-özəl tərəfdaşlıqları genişlənməli, banklar yaşıl kreditlər və dayanıqlı maliyyə alətləri ilə bazara dəstək verməlidir. Gələcək 36 il ərzində banklar tərəfindən yaşıl maliyyəyə yönləndirilməsi məqsədə uyğun hesab edilən həcm 17.6 milyard dollardır. Yəni növbəti dövrdə təqribən bank sektorumuz hazırkı kredit portfeli böyüklüyündə vəsaiti sırf yaşıl layihələrə yönləndirməlidir – bu, olduqca böyük bir çağırışdır".