Dayanıqlı Bankçılıq mövzusunda atılmış addımlardan biri ABA-nın ESG strategiyasının hazırlanması idi.
"Yaşıl Maliyyə Taksonomiyasının hazırlanmasına başlamışıq"
FED.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
O bildirib ki, strayegiya 2024-2030-cu illəri əhatə etməklə, üç əsas məqsəd (Dayanıqlı maliyyə imkanlarını artırılması, ESG məlumatlılığını artırılması, ESG imkanlarını təkmilləşdirilməsi) üzərində qurulub. Bu məqsədlərə çatmaq üçün ümumilikdə 10 təşəbbüs müəyyənləşdirilib. Bura Banklarda dayanıqlı məhsulların təkmilləşdirilməsi, Təcrübə mübadiləsi fəaliyyətlərinin gücləndirilməsi, ESG məlumatlılıq kampaniyalarının inkişaf etdirilməsi, İnsan kapitalının inkişafı, Bank sektorunda rəqəmsallaşma səviyyəsinin artırılması kimi təşəbbüslər daxildir.
ESG strategiyasının uğurla həyata keçirilməsi üçün təşəbbüslərə xidmət edən 97 strateji tapşırıq müəyyən edilib. Bu tapşırıqlar, hər bir təşəbbüs üçün konkret addımları və nailiyyətləri müəyyənləşdirir, həmçinin bank sektorunda ESG-nin tam inteqrasiyasını dəstəkləyir. Əsas göstərici və Startegiyanın uğurlu icrasının nəticəsi olaraq ABA Bank sektorunda 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35% azaltmağı qarşısına məqsəd qoyub. Bu addım Azərbaycan hökumətinin iqlim hədəflərinə dəstək verir və bank sektorunun ekoloji məsuliyyətini gücləndirir.
"Bununla yanaşı ESG strategiyasının irəliləyişini ölçmək üçün 18 fərqli metrikdən istifadə edilir ki, bura Dayanıqlı layihələrə sərmayə: Bank sektoru tərəfindən sözügedən layihələr üçün maliyyə vəsaitlərinin ayrılması, verilmiş dayanıqlı kreditlərin ümumi sayı, buraxılmış yaşıl istiqrazların məbləği, ağac əkmə təşəbbüsü, ESG hesabatını təqdim edən üzvlərin faizi və ESG məlumatlarını açıqlayan üzvlərin faizi kimi göstəricilər daxildir ki, bu da ESG strategiyasının konkret və ölçülə bilən nəticələrə yönəldiyini göstərmək üçün əhəmiyyətlidir". - deyə ABA sədri əlavə edib.