2023-cü ilin III rübündə "Bank VTB Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 184 milyon 260 min manat olub.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 24 milyon 485 min manat (15,3%) artıb.
Bunun da 75 milyon 846 min manatı istehlak kreditlərinin payına 61 milyon 497 min manatı biznes kreditlərinin payına 46 milyon 917 min manatı isə ipoteka kreditlərinin payına düşüb.
Ötən ilin sonu ilə müqayisədə istehlak kreditləri 5 milyon 413 min manat (7,7%), biznes kreditləri 11 milyon 311 min manat (22,5%), daşınmaz əmlak kreditləri 7 milyon 761 min manat (19,8%) artıb.
Müştərilərə ümumilikdə 161 milyon 52 min manat xalis kredit verilib ki, bu göstərici də son doqquz ayda 23 milyon 339 min manat (16,9%) artım deməkdir.