Bu ilin I rübündən "Bank VTB Azərbaycan"ın öhdəlikləri 27 milyon 717 min manat (13%) artaraq 243 milyon 826 min manata çatıb.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Məlumata əsasən depozit portfelinin həcmi 128 milyon 357 min manat olub ki, onun da 70 milyon 338 min manatı fiziki, 58 milyon 18 min manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit portfeli ötən ilin sonu ilə müqayisədə 14 milyon 204 min manat (12%) fiziki şəxslərin əmanətləri 290 min manat (0,4%), hüquqi şəxslərin əmanətləri 13 milyon 913 min manat (32%) artıb.