"Bank VTB Azərbaycan" 2025-ci ci ilin I rübü üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir ki, bank ilk rübdə 9 milyon 996 min manat xalis faiz gəliri əldə edib.
Faiz gəlirləri artıb
Bunun da 7 milyon 653 min manatı kreditlərdən əldə edilən faiz gəlirləri hesabına formalaşıb.
Son bir ildə faiz gəlirləri 2 milyon 818 min manat (39%), kreditlərdən əldə edilən faiz gəlirləri 1 milyon 552 min manat (25%) artıb.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 995 min manat (2,8 dəfə) artaraq 1 milyon 536 min manata, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirlər isə 24 min manat (6%) artaraq 432 min manata yüksəlib.
Faiz xərcləri isə 230 min manat və ya 12% artaraq 2 milyon 209 manat təşkil edib. Bunun da böyük hissəsi yən 1 milyon 753 min manatı depozitlər üzrə faiz xərcləridir ki, bu da illik 181 min manat (12%) artıqdır.
Beləliklə bankın xalis faiz gəlirləri 7 milyon 549 min manat bərabər olub ki, bu da illik müqayisədə 2 milyon 755 min manat və ya 57% çoxdur.
Qeyri-faiz gəlirlərin kəskin artım
Hesabat dövründə "Bank VTB Azərbaycan"ın qeyri-faiz gəlirləri 3 milyon 811 min manat, xərcləri isə 8 milyon 853 min manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 1 milyon 110 min manat (41 %), xərcləri isə 2 milyon 90 min manat (31 %) artıb.
Qeyri faiz gəlirlərinin 846 min manatı alınan-haqq və komissiya gəlirlərinin, 2 milyon 698 min manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər, 257 min manatı isə digər gəlirlər olub.
İllik müqayisə ilə alınan-haqq və komissiya gəlirləri 442 min manat (2,1 dəfə), xarici valyutadan gəlirlər 1 milyon 23 min manat (61%) artıb
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 2 milyon 398 min manat (60%) artaraq 6 milyon 370 min manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclər 1 milyon 633 min manat, amortizasiya xərcləri 658 min manat, digər xərcləri isə 202 min manat olub.
İllik müqayisədə amortizasiya xərcləri 135 min manat (26%) artıb.
6 milyon manatdan çox xalis mənfəət
Bank IV rübü 3 milyon 306 min manat xalis mənfəətlə başa vurub. Xalis mənfəət il ərzində 1 milyon 104 min manat, başqa sözlə 50% artıb. Bu rübdə mənfəət vergisi ödəməyib.
Bank böyüməkdə davam edir
"Bank VTB Azərbaycan" bu ilin ilk rübündə 348 milyon 511 min manat aktivlərə malik olub. Aktivlər ötən ilin sonu ilə müqayisədə 31 milyon 443 min manat və ya 10% artıb.
Kredit portfelinin həcmi genişlənir
Hesabat dövründə "VTB Bank Azərbaycan" 235 milyon 764 min manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 771 min manat (0,3%) böyüyüb.
Onun da 99 milyon 951 min manatını istehlak, 76 milyon 210 min manatını biznes kreditləri, 59 milyon 604 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2024-cü iin sonu ilə müqayisədə istehlak kreditləri 486 manat (0,5%), ipoteka kreditləri 2 milyon 609 min manat (5%) böyüyüb.
Ümumi kredit portfelinin 26 milyon 903 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 206 milyon 862 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 103 min manat, başqa sözlə 0,3% artım deməkdir.
Bankın öhdəlikləri 27 milyon 717 min manat (13%) artaraq 243 milyon 826 min manata çatıb.
Müştərilərin əmanətləri artmaqda davam edir
Depozit portfelinin həcmi 128 milyon 357 min manat olub ki, onun da 70 milyon 338 min manatı fiziki, 58 milyon 18 min manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit portfeli ötən ilin sonu ilə müqayisədə 14 milyon 204 min manat (12%) fiziki şəxslərin əmanətləri 290 min manat (0,4%), hüquqi şəxslərin əmanətləri 13 milyon 913 min manat (32%) artıb.
Bankın balans kapitalı 104 milyon 715 min manat təşkil edib ki, bu da əvvəlki ilin sonu ilə müqayisədə 3 milyon 729 min manat və ya (7%) çoxdur.