Ötən ilin son rübündə "VTB Bank Azərbaycan" 187 milyon 120 min manat kredit portfelinə malik olub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Kredit portfelinin həcmi son bir ildə 27 milyon 345 min manat (17,1%) böyüyüb.
Onun da 74 milyon 800 min manatını istehlak, 64 milyon 551 min manatını biznes kreditləri, 47 milyon 769 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2022-ci iin sonu ilə müqayisədə istehlak kreditləri, 4 milyon 367 min manat (6,2%), biznes kreditləri 14 milyon 365 min manat (28,6%), ipoetka kreditləri 8 milyon 613 min manat (22%) böyüyüb.
Ümumi kredit portfelinin 23 milyon 358 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 163 milyon 761 min manat olub ki, bu da son bir ildə 26 milyon 48 min manat, başqa sözlə 18,9% artım deməkdir.