"Bank VTB Azərbaycan" 2024-cü ilin IV rübünün nəticələrinə görə 317 milyon 98 min manat aktivlərə malik olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Aktivlər son bir il ərzində 67 milyon 198 min manat və ya 27% artıb.
Bundan 47 milyon 731 min manat nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitin, 26 milyon 281 min manat isə ticarət və investisiya qiymətli kağızlarına yatırımların payına düşüb.
İllik müqayisə ilə nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait 7 milyon 354 min manat (18,2%), ticarət və investisiya qiymətli kağızlarına yatırımlar 15 milyon 217 min manat (2,4 dəfə) artıb.
Hesabat dövründə "VTB Bank Azərbaycan" 234 milyon 933 min manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi son bir ildə 47 milyon 873 min manat (26%) böyüyüb.
Onun da 99 milyon 465 min manatını istehlak, 78 milyon 533 min manatını biznes kreditləri, 56 milyon 995 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü iin sonu ilə müqayisədə istehlak kreditləri 24 milyon 665 min manat (33%), biznes kreditləri 13 milyon 982 min manat (22%), ipoetka kreditləri 9 milyon 226 min manat (19%) böyüyüb.
Ümumi kredit portfelinin 28 milyon 233 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 206 milyon 759 min manat olub ki, bu da ötən 2023-cü ilin sonu ilə müqayisədə 42 milyon 998 min manat, başqa sözlə 26% artım deməkdir.
Bankın əmlak və avadanlıqlar üzrə aktivləri 3 milyon 825 min manat (58,8%) artaraq 10 milyon 332 min manata, qeyri maddi aktivləri 1 milyon 507 min manat (20,3%) artaraq 8 milyon 923 min manata, digər aktivləri isə 1 milyon 557 min manat (29,5%) artaraq 6 milyon 832 min manata yüksəlib.