"Bank VTB Azərbaycan" 2024 cü ilin IV rübünü 9 milyon 538 min manat xalis mənfəətlə başa vurub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Hesabat dövründə bank 3 milyon 17 mənfəət vergisi ödəyib.
Bu dövrdə bankın faiz gəlirləri 32 milyon 612 min manat təşkil edib ki, bunun da 27 milyon 729 min manatı kreditlərdən əldə edilən faiz gəlirləri hesabına formalaşıb.
Son bir ildə faiz gəlirləri 5 milyon 663 min manat (21%), kreditlərdən əldə edilən faiz gəlirləri 4 milyon 967 min manat (22%) artıb.
Faiz xərcləri isə 1 milyon 655 min manat və ya 24% artaraq 8 milyon 483 manat təşkil edib.
Beləliklə bankın xalis faiz gəlirləri 22 milyon 283 min manat təşkil edib ki, bu da illik müqayisədə 3 milyon 344 min manat və ya 18% çoxdur.
Hesabat dövründə "Bank VTB Azərbaycan"ın qeyri-faiz gəlirləri 14 milyon 790 min manat, xərcləri isə 29 milyon 790 min manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 6 milyon 767 min manat (84%), xərcləri isə 6 milyon 494 min manat (28%) artıb.
Qeyri-faiz gəlirlərinin 2 milyon 518 min manatı alınan haqq və komissiya gəlirlərinin, 9 milyon 842 min manatı xarici valyutadan gəlirlərin payına düşüb. Alınan haqq və komissiya gəlirləri 567 min manat (29%), xarici valyutadan gəlirlər isə 4 milyon 34 min manat (69%) artıb.
Əmək haqqı xərcləri 4 milyon 701 min manat (33%) artaraq 18 milyon 946 min manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclər 7 milyon 673 min manat, amortizasiya xərcləri 2 milyon 180 min manat, digər xərcləri isə 1 milyon 46 min manat olub.
İllik müqayisədə ümumi və inzibati xərclər 1 milyon 328 min manat (21%), amortizasiya xərcləri 212 min manat (11%), digər xərclər isə 244 min manat (30%) artıb.
"Bank VTB Azərbaycan" 2024-cü ilin IV rübünün nəticələrinə görə 317 milyon 98 min manat aktivlərə malik olub. Aktivlər son bir il ərzində 67 milyon 198 min manat və ya 27% artıb.
Hesabat dövründə "VTB Bank Azərbaycan" 234 milyon 933 min manat kredit portfelinə malik olub.
Aktivlərin 47 milyon 731 min manatını nağd pul vəsaitləri, 26 milyon 281 min manatını isə qiymətli kağızlara yatırlmlar təşkil edib. İllik müqayisədə nağd pul vəsaitləri 7 milyon 354 min manat (27%), qiymətli kağızlara yatırımlar isə 15 milyon 217 min manat (2,4 dəfə) artıb.
Kredit portfelinin həcmi son bir ildə 47 milyon 873 min manat (26%) böyüyüb.
Onun da 99 milyon 465 min manatını istehlak, 78 milyon 533 min manatını biznes kreditləri, 56 milyon 995 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü iin sonu ilə müqayisədə istehlak kreditləri 24 milyon 665 min manat (33%), biznes kreditləri 13 milyon 982 min manat (22%), ipoetka kreditləri 9 milyon 226 min manat (19%) böyüyüb.
Ümumi kredit portfelinin 28 milyon 233 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 206 milyon 759 min manat olub ki, bu da ötən 2023-cü ilin sonu ilə müqayisədə 42 milyon 998 min manat, başqa sözlə 26% artım deməkdir.
Bankın öhdəlikləri 57 milyon 267 min manat (36%) artaraq 216 milyon 112 min manat təşkil edib.
Depozit portfelinin həcmi 114 milyon 153 min manat olub ki, onun da 70 milyon 748 min manatı fiziki, 44 milyon 105 min manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit portfeli 24 milyon 802 min manat (28%) fiziki şəxslərin əmanətləri 4 milyon 743 min manat (7%), hüquqi şəxslərin əmanətləri 20 milyon 60 min manat (83%) artıb.
Bankın balans kapitalı 109 milyon 986 min manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 milyon 931 min manat və ya (11%) çoxdur.