Ötən ilin sonunda "Bank Respublika"nın kredit portfelində artım müşahidə olunub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Belə ki, ümumi kredit portfeli 1 milyard 174 milyon 229 min manat təşkil edib. Kredit portfeli son bir ildə 211 milyon 668 min manat (22%) böyüyüb.
Kredit portfelinin 250 milyon 744 min manatını istehlak, 801 milyon 381 min manatını biznes, 121 milyon 865 min manatını ipoteka, 239 min manatını digər kreditlər təşkil edib.
Əvvəlki illə müqayisədə istehlak kreditləri 23 milyon 143 min manat (10%), biznes kreditləri 143 milyon 265 min manat (22%), ipoteka kreditləri 42 milyon 261 min manat (59%) artıb.