Ötən rüb "Bank Respublika"nın depzoit portfeli 1 milyard 443 milyon 791 min manata təşkil edib.
FED.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Depozitlərin həcmi son bir ildə 477 milyon 898 min manat (49%) artıb.
Depozit portfelinin 660 milyon 605 min manatını fiziki, 783 milyon 186 min manatını hüquqi şəxslərin depozitləri təşkil edib. Fiziki şəxslərin əmanətləri 101 milyon 642 min manat (18%), hüquqi şəxslərin əmanətləri isə 376 milyon 256 min manat (92%) böyüyüb.