Bu ilin I rübündə "Bank of Baku"nun qeyri-faiz gəlirləri 4,1 milyon manat, xərcləri isə 20,2 milyon manat olub.
FED.az bu barədə bnakın rüblük hesabatına istinadən xəbər verir.
Qeyri-faiz gəlirləri son bir il ərzində 273 min manat (7%). xərcləri isə 952 min manat (5%) artıb.
Qeyri-faiz gəlirlərinin 4,2 milyon manatı alınan haqq və komisiya gəlirlərinin payına düşüb ki, bu da illik müqayisə ilə 552 min manat və ya 15% artımdır.
Xərclərin 7,4 milyon manatı əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər, 1,4 milyon manatı ümumi və inzibati xərclərin, 638 min manatı amortizasiya xərclərinin, 10,8 milyon manatı digər xərclərin payına düşüb.