Ötən ilin son rübündə "Bank Of Baku"nun depozit portfelində yenə artım müşahidə olunub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Belə ki, bu dövrdə bank 515 milyon 768 min manat depozit portfelinə malik olub. Onun da 475 milyon 679 min manatı fiziki, 40 milyon 89 min manatı isə hüquqi şəxslərin əmanətləri olub.
2022-ci ilin sonu ilə müqayisədə ümumi depozit portfeli 150 milyon 231 (41,1%), fiziki şəxslərin depozitləri 145 milyon 660 min manatı (44,1%), hüquqi şəxslərin depozitləri isə 4 milyon 575 min manat (12,9%) artıb.