Azərbaycanın aparıcı banklarından olan “Bank of Baku” 2023-cü ilin IV rübünün maliyyə nəticələrini açıqlayıb.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 128 milyon 291 min manat, xərcləri isə 41 milyon 26 min manat olub.
İllik müqayisədə gəlirlər 28 milyon 220 min manat, yəni, 28,2%, xərclər isə 18 milyon 121 min manat 79,1% artıb.
Faiz gəlirlərinin 121 milyon 825 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 24 milyon 418 min manat (25,1%) çoxdur.
Bankın xalis faiz gəlirləri isə 87 milyon 264 min manat təşkil edib. Bu da son bir ildə 10 milyon 99 min manat və ya 13,1% çoxdur.
Bankın qeyri-faiz gəlirləri 13 milyon 430 min manat, xərcləri isə 73 milyon 639 min manat olub.
Xərclərin 33 milyon 131 min manatı əmək haqqı, 5 milyon 326 min manatı ümumi və inzibati xərclər, 2 milyon 116 min manatı amortizasiya xərcləri, 33 milyon 64 min manatı digər xərclərin payına düşüb.
2022-ci ilin son rübü ilə müqayisədə əmək haqqı xərcləri 4 milyon 64 min manat (14%), ümumi və inzibati xərclər 747 min manat (16,3%), amortizasiya xərcləri 328 min manat (18,4%), digər xərcləri isə 13 milyon 628 min manat (70,1%) artıb.
Bank 10 milyon 28 min manat mənfəət vergisi ödənişindən sonra 2023-cü ilin son rübünü 25 milyon 458 min manat xalis mənfəətlə başa vurub.
Bank of Bakunu aktivləri ötən ilin son rübündə 870 milyon 889 min manat təşkil edib. Aktivlər son bir ildə 169 milyon 658 min manat və ya 24,2% artıb.
Bankın kredit portfeli 659 milyon 043 min manat təşkil edib ki, onlarından istehlak kreditləri 476 milyon 055 min manat, biznes kreditləri 148 milyon 087 min manat, daşınmaz əmlak kreditləri isə 34 milyon 896 min manat təşkil edib.
2022-ci ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 81 milyon 509 min manat (14,1%), istehlak kredit portfeli 77 milyon 952 min manat (19,6%), ipoteka kreditlərinin həcmi 10 milyon 171 min manat (41,1%) artıb.
Hesabat dövründə bankın öhdəlikləri 731 milyon 918 min manat təşkil edib. Öhdəliklər son 153 milyon 547 min manat, başqa sözlə 26,5% artıb.
"Bank Of Baku"nun depozit portfelində də artım müşahidə olunub. Belə ki, bu dövrdə bank 515 milyon 768 min manat depozit portfelinə malik olub. Onun da 475 milyon 679 min manatı fiziki, 40 milyon 89 min manatı isə hüquqi şəxslərin əmanətləri olub.
2022-ci ilin sonu ilə müqayisədə depozit portfeli 150 milyon 231 (41,1%), fiziki şəxslərin depozitləri 145 milyon 660 min manatı (44,1%), hüquqi şəxslərin depozitləri isə 4 milyon 575 min manat (12,9%) artıb.
Bank of Baku ötən ilin sonunda 138 milyon 971 min manat kapitala malik olub ki, bu da illik müqayisədə 16 milyon 111 min manat və ya 13,1% çoxdur.
Bölüşdürülməmiş mənfəətin həcmi də son bir ildə 15 milyon 734 min manat və ya 25,7% artaraq 76 milyom 945 min manat təşkil edib.