Bank sektorunun öncüllərindən olan "Bank of Baku"nun kredit portfeli bu ilin lll rübündə 750,6 milyon manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bundan istehlak kreditlərinin payına 565 milyon manat, biznes kreditlərinin payına 139 milyon manat, daşınmaz əmlak kreditlərinin payına 46,6 milyon manat düşüb.
2023-cü ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 91,6 milyon manat (14%), istehlak kredit portfeli 88,9 milyon manat (19%), ipoteka kreditlərinin həcmi 11,7 milyon manat (33%) artıb.
Ümumi kredit portfelinin 59,8 milyon manatını mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyat vəsaiti təşkil edib.
Nəticədə xalis kredit portfelinin həcmi 690,8 min manata bərabər olub ki, bu da illik 91,3 milyon manat və ya 15% artım deməkdir.
30 ildir fəaliyyət göstərən “Bank of Baku” ümumilikdə 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə də korporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir.