"Bank Melli İran"ın Bakı filialı 2026-ci ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.
"Bank Melli İran"ın xalis mənfəəti azalır – BANKIN VƏZİYYƏTİ - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bankın faiz gəlirləri 2026-ci ilin ilk yarısında 2 milyon 681,1 min manat təşkil edib. Bu 2024-cü ilin eyni dövründəki 2 milyon 834,6 min manat ilə müqayisədə 153,5 min manat və ya 5,4% azalma deməkdir. Filialın faiz xərci olmayıb.
Aktivlər üzrə ehtiyatlara 661,1 min manat vəsait ayrılıb. Bu da illik 467,5 min manat (41,4%) azalma deməkdir.
Xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xərclər 57,9 min manat olub. Bu, illik 119,1 min manat (təxminən 4 dəfə) azalma deməkdir. Ötən ilin ilk altı ayında xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlirlər 177 min manat idi. İnzibati xərclər 953,1 min manat olub – illik 101,7 min manat və ya 11,9% çox olmaqla.
Beləliklə, "Bank Melli İran"ın Bakı filialı 2026-ci ilin birinci yarısını 2 milyon 324,3 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünün nəticəsindən 900,3 min manat və ya 27,9% azdır. Hesabat dövründə bank mənfəət vergisi ödəməyib.
Hesabat dövrünün sonunda filialın cəmi aktivləri 121 milyon 532 min manata bərabər olub. Bu, ötən ilin sonu ilə müqayisədə 1 milyon 241 min manat (1%) artım deməkdir.
Nağd pul vəsaitləri və digər banklardakı müxbir hesablar 37 milyon 23 min manat səviyyəsində olub. Bu, ötən sonu ilə müqayisədə 923 min manat (2,6%) çoxdur.
Ödəniş tarixinədək saxlanılan qiymətli kağızlara investisiyalar 59 milyon 54 min manata bərabər olmaqla, ötən ilin sonu ilə müqayisədə 37 milyon 366 min manat (2,7 dəfə) artım göstərib.
Maliyyə institutlarından alınacaq vəsaitlər 17 milyon 637 min manata düşüb ki, bu son altı ayda 37 milyon 424 min manat (3,1 dəfə) azalma deməkdir.
Müştərilərə verilmiş kreditlər 2 milyon 402 min manat olub ki, bu da ötən ilin sonuna nəzərən 93 min manat (4%) artım deməkdir. Tikili və avadanlıqlar 2 milyon 962 min manatı ötüb. Bu, ötən ilin sonu ilə müqayisədə 12 min manat (0,4%) azdır.
Qeyri-maddi aktivlər 133,4 min manat təşkil edərək, son altı ayda 12,2 min manat (8,4%) azalıb. Mənfəət vergisi aktivləri 245,7 min manat olub. 2025-ci ilin sonunda bu rəqəm sıfıra bərabər idi.
Digər aktivlər 2 milyon 74 min manat təşkil edib. Bu da, ötən ilin sonuna nəzərən 61 min manat (3%) artım deməkdir.
Hesabat dövrünün sonunda filialın cəmi öhdəlikləri 65 milyon 855 min manat təşkil edib. Bu da ötən ilin sonu (31.12.2025 – 66 milyon 938 min manat) ilə müqayisədə 1 milyon 83 min manat (1,6%) azalma deməkdir.
Öhdəliklər portfeli üzrə əsas dəyişikliklər aşağıdakı kimidir:
Maliyyə institutları qarşısında öhdəliklər 11 milyon 768 min manata bərabər olub ki, bu da altı aylıq müqayisədə 398 min manat (3,5%) artım deməkdir.
Müştəri hesabları 36 milyon 309 min manata düşüb. Bu, ötən ilin sonu ilə müqayisədə 792 min manat (2,1%) azalma deməkdir.
Təxirə salınmış mənfəət vergisi üzrə öhdəliklər 328,2 min manat təşkil edərək, altı aylıq müqayisədə 91,7 min manat (21,8%) azalma göstərib.
Digər öhdəliklər 24,5 min manat olub ki, bu da keçən ilin sonu ilə müqayisədə 12,8 min manat (34,3%) azdır.
Subordinasiya borc öhdəlikləri 17 milyon 426 min manata bərabər olmaqla, altı ay əvvələ nəzərən 594 min manat (3,3%) azalıb.
Filialın cəmi kapitalı 55 milyon 677 min manata yüksəlib. Bu isə 2025-ci ilin sonuna nəzərən 2 milyon 324 min manat (4,4%) artımdır.Bu artımın yeganə səbəbi, yığılmış zərərin azalmasıdır:
Nizamnamə kapitalı 73 milyon 611,2 min manat səviyyəsində dəyişməz qalıb.
Yenidənqiymətləndirmə üzrə ehtiyat olmayıb.
Bölüşdürülməmiş mənfəət / (yığılmış zərər) - 17 milyon 934 min manata enib ki, bu da ötən ilin sonu ilə müqayisədə 2 milyon 325 min manatlıq bir yaxşılaşmadır. Yəni, yığılmış zərər 20 milyon 259 min manatdan 17 milyon 934 min manata enib.







!["Bank Melli İran"ın xalis mənfəəti azalmaqda davam - [red]HESABAT[/red] | FED.az](upload/news/small/4814556.jpg)
!["Bank Melli İran"ın xalis mənfəəti azalmaqda davam - [red]HESABAT[/red] | FED.az](upload/news/small/2246026.jpeg)
!["Bank Melli İran"ın xalis mənfəəti azalmaqda davam - [red]HESABAT[/red] | FED.az](upload/news/small/2219867.jpeg)










