"Bank Melli İran"ın Bakı filialı 2026-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Bank Melli İran” Bakı filialının mənfəəti yarıyadək azalıb - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bankın faiz gəlirləri 2026-ci ilin ilk üç ayında 1 milyon 355,3 min manat təşkil edib. Bu 2024-cü ildəki 1 milyon 383,7 min manat ilə müqayisədə 28,4 min manat və ya 2,1% azalma deməkdir.
Filialın faiz xərci olmayıb.
Aktivlər üzrə ehtiyatlara 575,5 min manat vəsait ayrılıb. Bu da illik 37,4 min manat (7%) artım deməkdir.
Xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xərclər 43,1 min manat olub. Bu, illik 121,3 min manat (2,8 dəfə) azalma deməkdir. Ötən ilin ilk üç ayında xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlirlər 78,2 min manat idi.
İnzibati xərclər 536,1 min manat olub – illik 85,3 min manat və ya 18,9 çox olmaqla.
Beləliklə, "Bank Melli İran"ın Bakı filialı 2026-ci ilin birinci rübünü 1 milyon 328,4 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünün nəticəsindən 200,9 min manat və ya 13,1% azdır.
Hesabat dövründə bank mənfəət vergisi ödəməyib.
Filialın cəmi aktivləri 121 milyon 80,4 min manata bərabər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 103,6 min manat (0,9%) artım deməkdir.
Nağd pul vəsaitləri və digər banklardakı müxbir hesablar 35 milyon 765,8 min manat səviyyəsində olub. Bu, ötən ilin birinci rübü ilə müqayisədə 3 milyon 764,3 min manat (9,5%) azalma deməkdir.
Ödəniş tarixinədək saxlanılan qiymətli kağızlara investisiyalar 75 milyon 412,9 min manata bərabər olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 milyon 3,5 min manat (2,8 dəfə) artım göstərib.
Maliyyə institutlarından alınacaq vəsaitlər 2 milyon 641 min manata düşüb ki, bu da illik müqayisədə 43 milyon 933,4 min manat (17,6 dəfə) azalma deməkdir.
Müştərilərə verilmiş kreditlər 2 milyon 66,3 min manat olub ki, bu da ötən ilin birinci rübünə nəzərən 861,4 min manat (71,5%) artım deməkdir.
Tikili və avadanlıqlar 2 milyon 984,3 min manata yaxınlaşıb. Bu isə ötən ilin ilk üç ayı ilə müqayisədə 43,7 min manat (1,5%) çoxdur.
Qeyri-maddi aktivlər 135,8 min manat təşkil edərək, illik müqayisədə 30,6 min manat (18,4%) azalıb.
Mənfəət vergisi aktivləri 6,2 min manat olmaqla, illik 73,4 min manat və ya 12,8 dəfə azalma deməkdir.
Digər aktivlər 2 milyon 68 min manat təşkil edib. Bu da, illik müqayisədə 3,5 min manat (0,2%) azalma deməkdir.
Hesabat dövründə filialın cəmi öhdəlikləri 66 milyon 399,4 min manat təşkil edib. Bu da ötən ilin birinci rübü (31.03.2025 – 69 milyon 506,2 min manat) ilə müqayisədə 3 milyon 106,8 min manat (4,5%) azalma deməkdir.
Öhdəliklər portfeli üzrə əsas dəyişikliklər aşağıdakı kimidir:
Maliyyə institutları qarşısında öhdəliklər 11 milyon 98,2 min manata bərabə olub ki, bu da illik müqayisədə 6 milyon 58,5 min manat (35,3%) azalma deməkdir.
Müştəri hesabları 37 milyon 401,2 min manata yüksəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 144,9 min manat (6,1%) artım deməkdir.
Təxirə salınmış mənfəət vergisi üzrə öhdəliklər 328,2 min manat təşkil edərək, illik müqayisədə 274 manat (0,1%) azalma göstərib.
Digər öhdəliklər 23,7 min manat olub ki, bu da keçən ilin yanvar-mart ayları ilə müqayisədə 17,3 min manat (42,2) azalma deməkdir.
Subordinasiya borc öhdəlikləri isə 17 milyon 548,2 min manata bərabər olmaqla, bir il əvvələ nəzərən 824,4 min manat (4,9%) artıb.
Filialın cəmi kapitalı 54 milyon 681 min manata yüksəlib. Bu isə 1 il ərzində 4 milyon 210,4 min manat (8,3%) artımdır.
Bu artımın yeganə səbəbi, yığılmış zərərin azalmasıdır:
Nizamnamə kapitalı 73 milyon 611,2 min manat səviyyəsində dəyişməz qalıb.
Yenidənqiymətləndirmə üzrə ehtiyat olmayıb.
Bölüşdürülməmiş mənfəət / (yığılmış zərər) - 18 milyon 930,2 min manata enib ki, bu da illik müqayisədə 4 milyon 210,4 min manatlıq bir yaxşılaşmadır. Yəni, yığılmış zərər 23 milyon 140,6 min manatdan 18 milyon 930,2 min manata enib.



















