"Bank Melli İran"ın Bakı filialı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bankın faiz gəlirləri 2025-ci ildə 5 milyon 666,6 min manat təşkil edib. Bu 2024-cü ildəki 5 milyon 70,7 min manat ilə müqayisədə təqribən 11,7% artım deməkdir..
Filialın faiz xərci olmayıb.
Aktivlər üzrə ehtiyatlara 1 milyon 478min manat vəsait ayrılıb. Bu da illik 5 milyon 146,3 min manat (4,5 dəfə) azalmadır.
Xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlir 186,4 min manat olub. Bu, illik 253,4 min manat (3,8 dəfə) artım deməkdir (ötən ilki xərc nəzərə alınmaqla).
İnzibati xərclər 245,3 min manat (11,3%) azalma ilə 1 milyon 927,3 min manat təşkil edib.
Bu amillərin birgə təsiri ilə filialın vergidən əvvəlki mənfəəti 5 milyon 335,9 min manat olub. Bu, illik müqayisədə 3 milyon 949,0 min manat (42,5%) azalmadır.
Beləliklə, "Bank Melli İran"ın Bakı filialı 2025-ci ilin yekunlarını 4 milyon 411,5 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünün nəticəsindən 3 milyon 304,8 min manat və ya 42,8% azdır.
Hesabat dövründə bank 924,4 min manatlıq mənfəət vergisi ödəyib. 2024-cü ildə isə bu xərc 1 milyon 568,7 min manat idi.
Filialın cəmi aktivləri 120 milyon 291,1 min manata bərabər olub. Bu, ötən ilin sonu (30.12.2024 - 119 milyon 106,4 min manat) ilə müqayisədə 1 milyon 184,7 min manat (1,0%) artım deməkdir.
Bu böyümənin əsas səbəbi, maliyyə institutlarından alacaq vəsaitlərdəki əhəmiyyətli artım və müştərilərə verilmiş kreditlərdəki yüksəlişdir:
Nağd pul vəsaitləri və digər banklardakı müxbir hesablar 36 milyon 099,6 min manat səviyyəsində olub. Bu, ötən illə müqayisədə 2 milyon 737,4 min manat (7,1%) azalma deməkdir.
Ödəniş tarixinədək saxlanılan qiymətli kağızlara investisiyalar 21 milyon 688,1 min manata bərabər olmaqla, ötən illə müqayisədə 11 milyon 079,8 min manat (33,8%) azalma göstərib.
Maliyyə institutlarından alınacaq vəsaitlər 55 milyon 061,0 min manata yüksəlib ki, bu da ötən illə müqayisədə 14 milyon 995,9 min manat (37,4%) artım deməkdir.
Müştərilərə verilmiş kreditlər 2 milyon 309,3 min manat olub ki, bu da ötən ilin sonuna nəzərən 814,8 min manat (54,4%) artım deməkdir.
Tikili və avadanlıqlar 2 milyon 974,3 min manata yaxınlaşıb. Bu isə ötən ilin sonu ilə müqayisədə 9,4 min manat (0,3%) çoxdur.
Qeyri-maddi aktivlər 145,6 min manat təşkil edərək, ötən illə müqayisədə 27,8 min manat (16,0%) azalıb.
Mənfəət vergisi aktivləri 2025-ci ilin sonunda olmayıb. Ötən il bu göstərici 79,6 min manat idi.
Digər aktivlər 2 milyon 013,2 min manat təşkil edib. Bu da ötən illə müqayisədə 15,1 min manat (0,7%) azalma deməkdir.
Hesabat dövründə filialın cəmi öhdəlikləri 66 milyon 938,5 min manat təşkil edib. Bu da ötən ilin sonu (30.12.2024 - 70 milyon 165,1 min manat) ilə müqayisədə 3 milyon 226,6 min manat (4,6%) azalma deməkdir.
Öhdəliklər portfeli üzrə əsas dəyişikliklər aşağıdakı kimidir:
Maliyyə institutları qarşısında öhdəliklər 11 milyon 370,5 min manata bərabə olub ki, bu da ötən illə müqayisədə 5 milyon 380,5 min manat (32,1%) azalma deməkdir.
Müştəri hesabları 37 milyon 101 min manata yüksəlib. Bu, ötən illə müqayisədə 1 milyon 505,4 min manat (4,2%) artım deməkdir.
Təxirə salınmış mənfəət vergisi üzrə öhdəliklər 419,9 min manat təşkil edərək, ötən illə müqayisədə 1 milyon 361,6 min manat (4,2 dəfə) kəskin azalma göstərib.
Digər öhdəliklər 27,3 min manat olub ki, bu da ötən illə müqayisədə 58,1 min manat (3,1 dəfə) azalma deməkdir.
Subordinasiya borc öhdəlikləri isə 18 milyon 019,8 min manata bərabər olmaqla, ötən ilin sonuna nəzərən 2 milyon 068,2 min manat (13,0%) artıb.
Filialın cəmi kapitalı 53 milyon 352,6 min manata yüksəlib. Bu isə 9 ay ərzində 4 milyon 411,3 min manat (9,0%) artımdır.
Bu artımın yeganə səbəbi, yığılmış zərərin azalmasıdır:
Nizamnamə kapitalı 73 milyon 611,2 min manat səviyyəsində dəyişməz qalıb.
Yenidənqiymətləndirmə üzrə ehtiyat olmayıb.
Bölüşdürülməmiş mənfəət/(yığılmış zərər) -20 milyon 258,6 min manata enib ki, bu da ötən illə müqayisədə 4 milyon 411,3 min manatlıq bir yaxşılaşmadır. Yəni, yığılmış zərər 24 milyon 669,9 min manatdan 20 milyon 258,6 min manata enib.

















